Çexiya hakimiyyəti turnirə gələn rusiyalı tennisçini ölkədən deportasiya edib

Çexiya hakimiyyəti turnirə gələn rusiyalı tennisçini ölkədən deportasiya edib backend

Çexiyanın Daxili İşlər Nazirliyi WTA-250 turnirində iştirak etmək üçün gələn rusiyalı tennisçinin ölkədən deportasiya edildiyi barədə məlumat yayıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“Çexiya polisi Rusiya vətəndaşını hava limanında yoxlayarkən ona ölkəni tərk etməyi əmr edib. O, artıq Çexiyanı tərk edib. Əldə olan məlumata görə, bu ölkədən başqa tennisçilər gəlməyəcək. Polis qanunlara və hökumətin qərarına uyğun fəaliyyət göstərir”, - Çexiya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Əlavə edirik ki, 28 iyun 2023-cü ildə Çexiya hakimiyyəti öz ölkəsindən olan idmançıların yarışmaq üçün Rusiyaya gəlməsinə qadağa qoyub. Bundan başqa, Rusiya və Belarus idmançılarının respublika ərazisinə gəlməsi qadağan edilib.

QAZİLER.AZ

Diaspora