Qırğızıstan dağlarında bir qrup rusiyalı və litvalı alpinist yoxa çıxıb

Qırğızıstan dağlarında bir qrup rusiyalı və litvalı alpinist yoxa çıxıb backend

Qırğızıstan dağlarında 4 alpinist itkin düşüb, onlardan üçü Rusiya vətəndaşıdır.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Qırğızıstan dağlarında 4 alpinist itkin düşüb, onlardan üçü Rusiya, biri isə Litva vətəndaşıdır. Bu barədə iyulun 28-də Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, alpinistlər  iyulun 11-də “Aksai Travel” şirkəti ilə müqavilə imzalayıblar. Səyahət sığortası aldıqdan sonra İssık-Kul bölgəsindəki düşərgədə məskunlaşıblar.

“Həmin gün onlar Pobeda zirvəsinə çatıblar. Turist qrupu sonuncu dəfə iyulun 19-da 6900 m yüksəklikdən əlaqə saxlayıb”, - mətbuat xidmətinin sözçüsü jurnalistlərə bildirib.

Məlumdata görə, “Aksai-travel” şirkəti qrupun peyk telefonunun koordinatlarını müəyyən edib və iyulun 24-dən iyulun 26-dək helikopterlə axtarış əməliyyatı aparıb, lakin nəticəsiz qalıb.

QAZİLER.AZ

Diaspora