İranın səlahiyyətli nümayəndələri Həccdə yaşanan faciə ilə bağlı şok iddialar irəli sürüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İranın Həcc ziyarəti təşkilatının rəhbəri Said Ehvedi Mina dağında ölənlərin sayının təxminən 4 min 700 olduğunu iddia edib.
Onun sözlərinə görə, cəsədləri daşımaq üçün gələn 21 yük maşını hələ 3 min cəsəd gözləyir. Faciədə ölən iranlı zəvvarların sayı isə 228 ə qalxıb. Daha 248 iranlı zəvvarın aqibəti ilə bağlı heç bir məlumat yoxdur.