“Kanadanın sanksiyalara üstünlük verməsi cavabsız qalmayacaq. Kanadanın bu cür fəaliyyəti Ukraynadakı qarşıdurmanı qızışdırır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.Onun sözlərinə görə, Moskva Ottavanın fəaliyyətinin nəticələri barədə düşünəcəyinə, habelə Rusiyaya qarşı sanskiya təzyiqinin perspektivsizliyini anlayacağına ümid edir: “Rusiya-Kanada münasibətlərinin gələcəyi Kanadının məsuliyyət və ağıllı düşüncəyə malik olub-olmamasından asılıdır”.
Qeyd edək ki, Kanada hökuməti bu gün Rusiyaya qarşı yeni sanskiyaların tətbiq olunduğunu elan edib. Rusiya və Ukraynadan olan 37 nəfər fiziki şəxs və 17 şirkər “qara siyahı”ya düşüb.