Sinqapurda 20 ildən sonra qadına ölüm hökmü verilib

Sinqapurda 20 ildən sonra qadına ölüm hökmü verilib backend

Sinqapur hakimiyyəti iyirmi ildən sonra ilk dəfə olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədi ilə saxlandığına görə məhkum edilmiş qadına qarşı ölüm hökmü çıxarıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə  iyulun 28-də Sinqapur Mərkəzi Narkotik Bürosunun saytında məlumat verilib.

Qeyd olunur ki, 45 yaşlı Sinqapur vətəndaşı Saridevi Binte Camani 2018-ci ildə 30 qram heroini daşıdığı üçün saxlanılıb. Eyni zamanda, narkotiklərdən sui-istifadə haqqında qanunda qanunsuz satılan heroinin miqdarı 15 qramdan çox olarsa, ölüm cəzası nəzərdə tutulur.

Bundan əvvəl ştatda edam edilən sonuncu qadın 36 yaşlı Yen Mei Voen olub. O, 2004-cü ildə narkotik alverinə görə ölüm cəzasına məhkum edilib.

“Ölüm cəzası yalnız narkotiklərin külli miqdarda qanunsuz dövriyyəsi kimi ən ağır cinayətlərə, nəinki ayrı-ayrı narkomanlara, həm də onların ailələrinə və bütövlükdə cəmiyyətə çox ağır zərər vurduqda tətbiq edilir”, - büro qeyd edib.

QAZİLER.AZ

Diaspora