Polşa Belarus sərhədində hasarı genişləndirəcək

Polşa Belarus sərhədində hasarı genişləndirəcək backend

Kaçinski Polşanın Belarusla sərhədindəki hasarın genişləndirilməsinin vacibliyini söyləyib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Polşanın hakim "Qanun və Ədalət" (PiS) partiyasının sədri Yaroslav Kaçinski Belarusla sərhəddə hasarın genişləndirilməsinin zəruri olduğunu bildirib. RP qəzeti xəbər verir ki, siyasətçi bunu Kodenə (Lubel Voyevodalığı) səfəri zamanı qeyd edib.

“Biz açıq şəkildə bildirmək istəyirik ki, mümkün təxribatları və ya hər hansı aqressiv hərəkətləri dəf etmək üçün lazım olan hər şeyi edirik”, - Kaçinski bildirib.

Onun sözlərinə görə, yaxın illərdə Belarusla sərhəddə hasar genişləndiriləcək.

"O, hazırda mövcud olmayan, Buq çayı kimi su maneəsi olmayan bütün yerləri əhatə etməlidir", - deyə siyasətçi bildirib.

Xatırladaq ki, Polşa artıq Belarusla sərhəddə hasar çəkib. Hasarın uzunluğu 186 km, hündürlüyü 5 m-dir.Layihə Varşavaya 1,6 milyard zlotiyə (400 milyon dollar) başa gəlib.

QAZİLER.AZ

Diaspora