Qurani-Kərimin yandırılması ölkənin təhlükəsizlik vəziyyətini pisləşdirib - İsveç

Qurani-Kərimin yandırılması ölkənin təhlükəsizlik vəziyyətini pisləşdirib -  İsveç backend

İsveçin ədliyyə naziri Qunnar Strömmer Qurani-Kərimin yandırılması hərəkətlərinin ölkəsinin təhlükəsizlik vəziyyətini pisləşdirdiyini və onun imicinə mənfi təsir etdiyini bildirib.

Qaziler.az bildirir ki, Strömmer və İsveç Kəşfiyyat İdarəsinin (SEPO) rəhbəri Şarlotta fon Essen ölkədə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatların artması ilə bağlı mətbuat konfransı keçirib.

Dünyanın müxtəlif yerlərində Quran yandırma hərəkətləri və əks etirazların İsveçdə təhlükəsizlik risklərini artırdığına diqqət çəkən Strömmer: "İsveçin islamofob ölkə kimi tanınması ciddi narahatlıq yaradır. Bu, təhlükəsizlik vəziyyətini daha da pisləşdirir və ölkəmizin imicinə mənfi təsir göstərir", - ifadələrdən istifadə etmişdir.

Strömmer terrorla mübarizə işlərinin sürətləndirildiyini  bildirib.

Mart ayından ölkədə terror riskinin səviyyəsinin yüksək olduğunu xatırladan SEPO prezidenti Essen Qurani-Kərimin yandırılmasından sonra ölkədə mövcud terror riskinin yüksək səviyyədə qaldığını bildirib.

İsveç xarici işlər naziri Tobias Billström Qurani-Kərimin yandırılması ilə bağlı ölkəsinin xarici aləmdə pisləşən imicinin müzakirə edildiyi Parlamentin Ədalət Komitəsinin iclasında iştirak edib. Görüşdən sonra açıqlamalar verən Billström İsveçdə müqəddəs mətnlərin yandırılmasının ciddiyə alınmalı olduğuna diqqət çəkib.

mənbə: TRThaber

QAZİLER.AZ

Diaspora