Minalar yaşayış binalarında, it yuvalarında, mülki şəxslərin meyitlərinin altında, elektrik dirəklərində və qəbiristanlıqlarda tapılıb.
Rusiya hərbçiləri işğal olunmuş Ukrayna ərazilərindən geri çəkilərkən uşaq arabalarında, it yuvalarında və insanların cəsədləri altında minalar qoyub.
Ukraynanın Xerson vilayəti üzrə Dövlət Xilasetmə Xidmətinin rəhbəri Oleksandr Dvoretski minalardan təmizləmə prosesi barədə jurnalistlərə məlumat verib. "Ən ağlasığmaz şey uşaq arabasında idi. Yastığı qaldırsınız, hər şey partlayır" deyir.
Dvoretskinin sözlərinə görə, minalar hər yerdə tapılıb: yaşayış binalarında, it yuvalarında, mülki şəxslərin meyitlərinin altında, elektrik dirəklərində və qəbiristanlıqlarda.
"Xüsusilə şokedici olan o idi ki, uşaqların da hədəfə alınma ehtimalı var", - o qeyd edir.
Xilasedicilər hətta uşaqlara təhlükə barədə xəbərdarlıq etmək üçün kurslar təşkil edirlər.
Dvoretski deyir: "Uşaqlar heç nəyi götürməməyi və heç nəyə toxunmamağı öyrənməlidirlər, hətta onların tanış oyuncağı kimi görünsə belə".
“Washington Post”un yazdığına görə, Ukrayna hazırda dünyada ən çox minalanan ölkədir: ekspertlərin hesablamalarına görə, bütün Ukraynanı minalardan təmizləmək üçün 500 minatəmizləmə qrupana 757 il lazımdır.
Mənbə:tsn.ua
QAZİLER.AZ