Keçmiş kəşfiyyat rəsmisi ABŞ-ın gizli proqramları haqqında Konqresə və müstəntiqlərə məlumat verib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, məlumatın qeyri-qanuni olaraq Konqresdən gizləndiyini deyən keçmiş kəşfiyyatçı məxfi açıqlamalarına görə qanunsuz qisas aldığını iddia edərək şikayət edib.
Məlumat verən 36 yaşlı Devid Çarlz Qruş Əfqanıstanda keçmiş döyüş zabiti olub. Qruş 2019-2021-ci illərdə Naməlum Hava Hadisələri İşçi Qrupunda kəşfiyyat ofisinin nümayəndəsi vəzifəsində çalışıb. İşçi qrupun bir vaxtlar naməlum uçan obyektlər və ya UFO adlandırılan şeyləri araşdırmaq üçün yaradılıb.
ABŞ Konqresində and içərək ifadə verən Qruş hökumətin naməlum vasitələr və ya vasitələrin hissələrinin olduğunu qeyd edib.
Digər tərəfdən Qruş ABŞ-nin Yerə düşən vasitələrdə insan olmayan bioloji pilotları yaxaladığını da iddia edib.
Bu obyektləri səkkiz ildir gördüyünü və bildiyi qədəri ilə hələ də baş verdiyini deyən keçmiş Hərbi Dəniz Qüvvələri pilotu Rayan Qreyvs səlahiyyətliləri oxşar hadisələri ictimailəşdirməyə və daha şəffaf olmağa çağırıb.
QAZİLER.AZ