Elektrikli avtomobillər gəmidə yanğına səbəb olur – Xəbərdarlıq edildi

Elektrikli avtomobillər gəmidə yanğına səbəb olur – Xəbərdarlıq edildi backend

Mütəxəssislər elektriklə işləyən avtomobilləri daşıyan gəmilərdə yanğın riskinin artdığını söyləyir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, iyulun 26-sı gecə saatlarında Hollandiyanın şimalında 2857 avtomobili daşıyan Panama bayraqlı “Fremantle Highway” adlı yük gəmisində yanğın baş verib.

Almaniyadan Misirə nəqliyyat vasitələri daşıyan gəmidəki yanğının elektriklə işləyən avtomobilin alışması nəticəsində baş verdiyi məlum olub. Üstəlik, bu ilk yanğın hadisəsi deyil.

“Allianz Insurance” may ayının sorğusunu dərc edib. Bu araşdırmada elektrikli avtomobillərin gəmilərdə yanğın riskini artırdığı açıq şəkildə ifadə edilib.

Belə ki, potensial tez alışan litium-ion batareyaları, xüsusən də konteyner gəmilərində və avtomobil daşıyıcılarında daşımaq yanğınlara səbəb olur. Mütəxəssislər vurğulayırlar ki, tədbirlər görülməsə, gələcəkdə daha çox gəmi yanacaq.

QAZİLER.AZ

Diaspora