Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti yenidən uzadılıb

Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti yenidən uzadılıb backend

Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 90 gün uzadılıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.

Bildirilib ki, hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 2023-cü ilin noyabrın 15-dək qüvvədə uzadılıb.

Beləliklə, müharibə başlayandan bəri Ali Rada səkkizinci dəfə hərbi vəziyyət və səfərbərlik barədə qərar qəbul edib.

Xatırladaq ki, ilk dəfə müharibə başlayan gün - 2022-ci ilin fevralın 24-də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik barədə qərar qəbul edilib.

Hərbi vəziyyətlə əlaqədər olaraq həmçinin parlament seçkilərinin keçirilməsi də təxirə salınıb. Parlament seçkilərinin bu ilin oktyabrında keçiriləcəyi proqnozlaşdırılmışdı.

Diaspora