Rusiya daha bir dövlətdən silah-sursat alır - FOTO

Rusiya daha bir dövlətdən silah-sursat alır - FOTO backend

Ukraynada davam edən müharibə səbəbindən silah çatışmazlığı şəraitində olan Rusiya hərbi dəstək üçün bir sıra dövlətlərə müraciət edir.

Qaziler.az xəbər verir ki,“Ukraine Weapons Tracker” resursunun məlumatına görə, Rusiya hərbçiləri hazırda Myanma istehsalı olan döyüş sursatlarından istifadə edir.  Bu yaxınlarda Rusiyanın arsenalında Birmanın 120 mm-lik artilleriya minaları peyda olub. Eyni zamanda, Myanmadan Rusiyaya silah-sursat tədarükü ilə bağlı məlumatlar da verilməyib.

Qeyd olunur ki, minalar Myanmadan gələn silahların xarakterik xüsusiyyətləri - xarakterik quyruq izləri, qoruyucular və yanacaq yükləri ilə müəyyən edilib.

Eyni zamanda, tədqiqatçılar qeyd edirlər ki, identifikasiyanı mümkün qədər çətinləşdirmək üçün işarələrin əksəriyyəti qəsdən çıxarılıb və ya üzəri rənglənib.

QAZİLER.AZ

Diaspora