"Birləşmiş Ştatlar “Taliban” hərəkatı ilə onların maraqlarına uyğun gələndə əlaqə saxlamaq niyyətindədir”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel bəyanatında bildirib. O əlavə edib ki, bu, Vaşinqtonun Əfqanıstandakı “Taliban” hökumətini tanıması demək deyil.
“Bu mövqe bizim siyasətimizdə hər hansı dəyişiklik demək deyil. Biz açıq şəkildə bildiririk ki, “Taliban”la maraqlarımıza uyğun gələndə əlaqə quracağıq. Bu, “Taliban”ın hər hansı tanınması və ya onlarla münasibətlərin normallaşdırılması demək deyil”, - Patel bildirib.
Qeyd edək ki, təşkilat Rusiya Federasiyasında terror təşkilatı kimi tanınır və fəaliyyəti qadağandır.
QAZİLER.AZ