Belarus ordusu "Vaqnerçilər"lə təlimlərə başlayıb

Belarus ordusu "Vaqnerçilər"lə təlimlərə başlayıb backend

Belarusun daxili qoşunlarının və daxili işlər orqanlarının xüsusi təyinatlı hissələrinin döyüşçüləri “Vaqner” Xüsusi Hərbi Şirkətinin nümayəndələri ilə təlimlərə başlayıblar.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Belarus daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Nikolay Karpenkov məlumat verib.

“Burada heç kimin pulemyotla işləmək və ya xüsusi əməliyyat təşkil etmək və keçirmək üçün öyrədilməsinə ehtiyac yoxdur. Dərsi elə aparmaq lazımdır ki, eyni vaxtda döyüş koordinasiyası olsun. Beləliklə, ilk dəqiqələrdən biz artıq sabah çiyin-çiyinə döyüşə qoşula bilək. 40 il döyüşməyən ordu döyüşə qadir deyil. Bəli, o, çox şey bilir və bacarır, amma döyüş təcrübəsi olmadan mümkün deyil ", Karpenkov deyib.

QAZİLER.AZ

Diaspora