Uqanda prezidenti sammit qabağı Rusiyaya çağırış etdi

Uqanda prezidenti sammit qabağı  Rusiyaya çağırış etdi backend

Uqanda prezidenti Yoveri Museveni Afrikadakı xammal ehtiyatlarının qitədən çıxarılmasının əleyhinə olduğunu bəyan edib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Museveni mətbuata verdiyi açıqlamada Avropa ölkələri, Çin və Rusiyanı Afrikadakı xammal ehtiyatlarını qitədən çıxarmamağa çağırıb.

Uqanda prezidenti Museveni "Afrikadan xammal almağı dayandırın və Afrikaya gəlib burada istehsal edin”, deyib.

Afrika ölkələrində qəhvə istehsalını misal gətirən Museveni, "Afrika qəhvənin əsas istehsal mərkəzidir, lakin işlənməmiş qəhvə istehsalı sayəsində gəlirin çox cüzi bir hissəsini bu sektordan alır" ifadəsini işlədib.

Museveni, xammal almaq əvəzinə Afrikaya sərmayə qoymağın qitənin rifahını artıracağını vurğulayıb.

QAZİLER.AZ

Diaspora