Sinqapurda 20 ildən sonra qadın edam olunacaq

Sinqapurda 20 ildən sonra  qadın edam olunacaq backend

Sinqapurda narkotik alverində təqsirli bilinən Saridevi Djamani ölkədə son 20 ildən sonra edam edilən ilk qadın olacaq.

Qaziler.az bildirir ki, “The Guardian”ın xəbərinə görə, 2018-ci ildə narkotik ticarəti ilə bağlı edam cəzasına məhkum edilən Saridevi Djamani adlı qadının iyulun 28-də edam ediləcəyi bildirilib.

Açıqlamada Sinqapurda ölüm cəzasını gözləyən iki qadından biri olan Saridevinin ifadə verərkən narkotik maddənin təsiri altında olduğu üçün polisə düzgün izahat verə bilmədiyi iddia edilib.

Sözügedən edam ölkədə 2004-cü ildən bəri ilk qadın edamı olacaq.

COVID-19 səbəbiylə edamların dayandırıldığı Sinqapurda epidemiyadan sonra 13 nəfər edam cəzasına məhkum edilib.

QAZİLER.AZ

Diaspora