ABŞ Aerokosmik Agentliyində (NASA) elektrik enerjisinin kəsilməsi Beynəlxalq Kosmik Stansiya ilə əlaqənin qopmasına səbəb olub.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində gedən işlər zamanı elektrik kəsilməsindən sonra ehtiyat sistemlər işə salınıb.
Belə ki, missiyaya nəzarət mərkəzinin 7 astronavtla qısa müddətlik ünsiyyətində çətinlik yaranıb.
Proqram meneceri Joel Montalbano ehtiyat sistemlərin 90 dəqiqə ərzində tam nəzarəti təmin etdiyini, astronavtlar üçün heç bir təhlükənin olmadığını və fasilənin 20-ci dəqiqəsində astronavtların vəziyyətlə bağlı məlumatlandırıldığını bildirib.
Montalbano NASA-da elektrikin kəsilməsi səbəbiylə ilk dəfə ehtiyat sistemlərdən istifadə etməli olduğunu bildirib.
QAZİLER.AZ