Mirvari istehsalçıları da iqlim dəyişikliyindən əziyyət çəkir

Mirvari istehsalçıları da iqlim dəyişikliyindən əziyyət çəkir backend

Yaponiyada mirvari istehsalçıları iqlim dəyişikliyindən dolayı okean sularının istiləşməsi nəticəsində yaranan risklərə qarşı mübarizə aparmaq üçün yeni üsullar hazırlayırlar. İqlim dəyişikliyi okean sularını istiləşdirir və isti sularda yaranan xəstəliklərə qarşı həssas olan istiridyələr zəifləyir və nəticədə istehsal azalır.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, 2019-cu ildə əhəmiyyətli sayda istiridyələrin məhvi baş verib.

Fermer Taniguçi Jun bildirib ki, suda istiliyin artması nəticəsində incinin istiridyəyə yerləşdirilməsi vaxtı qısalır ki, bu da əldə ediləcək mirvarilərin miqdarını get-gedə azaldır.

Yaponiyada mirvarinin vətəni sayılan Miedə istehsal prosesinin ekoloji cəhətdən təmiz olması üçün son illər dövlət-özəl təşəbbüsləri inkişaf etdirilir.

Bu yolla mirvari yeşidirənlər artıq su səthinin temperaturunu izləməklə isti sulara uyğun istiridyə növlərini inkişaf etdirməyi hədəfləyirlər.

QAZİLER.AZ

Diaspora