Hindistanda kürəkən keçəl başını gəlindən gizlətməyə çalışdığı üçün döyülüb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hindistanda gəlinin ailəsi bəyin parikinə görə dava edib. Bu barədə ABP Live məlumat yayıb.
Keçəlliyini gizlətməyə çalışan bəyi gəlinin qohumları döyüb. Dava məhz mərasim zamanı baş verib.
Toy zamanı gəlinin şübhələnən qohumlarından biri qəfildən bəyin parikini çıxarıb. Dava-dalaş bundan sonra başlayıb.
Bəyin onu bağışlamaq üçün yalvarmasına baxmayaraq, gəlinin ailəsi kömək üçün kənd rəhbərliyinə müraciət edib. Münaqişə keçəllikdən əlavə, kişinin artıq evli olması da səbəb olub. KİV-in məlumatına görə, proses polisin müdaxiləsi olmadan başa çatıb.
QAZİLER.AZ