"Mercedes-Benz" elektrikli avtomobillərini Çində satacaq

"Mercedes-Benz" elektrikli avtomobillərini Çində satacaq backend

“2025-ci ildən başlayaraq Çin yeni nəsil elektrikli avtomobil satış kampaniyasının mərkəzində yer alacaq”.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniyada nəşr olunan “Automobilwoche” jurnalına “Mercedes-Benz”in baş direktoru Ola Kaellenius deyib.  

2021-ci ildə dərc olunan strategiya çərçivəsində "Mercedes-Benz" 2025-ci ildən etibarən yeni avtomobil platformalarında yalnız elektrikli avtomobillər istehsal edəcək.

Hazırda Çin “Mercedes-Benz” üçün ən vacib bazarlardan biri olaraq qalır, lakin Çinin elektrikli avtomobil bazarının 81 faizinə yerli markalar nəzarət edir.

QAZİLER.AZ

Diaspora