Rusiya Ali Məhkəməsi koloniya rəhbərliyini ona idman topu verməyə məcbur edən məhbusun ərizəsini rədd edib.
Qaziler.az bildirir ki, bu barədə RAPSİ agentliyi məlumat verir. Onun sözlərinə görə, top kişiyə şəxsi bağlamada göndərilib, hansı ki ona hələ də verilməyib.
Ömürlük azadlıqdan məhrum edilən məhbus məhkəmədə hüquqlarını qorumağa çalışıb.
Qeyd olunur ki, əvvəlcə məhkəmə iddiaçının müdafiəsinə çıxıb və onun tələblərini təmin edib. Apellyasiya və kassasiya instansiyaları da bu qərarı qüvvədə saxlayıb. Lakin koloniyanın rəhbərliyi onunla razılaşmayaraq Ali Məhkəməyə şikayət edib. O, şikayətlə tanış olduqdan sonra belə qənaətə gəlib ki, məhbusların öz idman ləvazimatları olmamalıdır. Qərar Cəzaçəkmə Müəssisələrinin Daxili Qaydaları və məhkumlar tərəfindən saxlanmasına icazə verilən əşyaların siyahısı əsasında qəbul edilib.
QAZİLER.AZ