Rusiyada çağırış yaşının 40-50-yə qaldırılması təklif edildi

Rusiyada çağırış yaşının 40-50-yə qaldırılması təklif edildi backend

“Hər kəs Rusiyada hərbi xidmət keçməlidir”

Qaziler.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev “NEWS.ru”ya müsahibəsində deyib. Onun fikrincə, ölkədə hərbi xidmətə çağırış yaşı xeyli artırılmalıdır - 40-50 yaşa qədər.

“Rusiyada hər kəs orduda xidmət etməlidir. Üstəlik, ümumiyyətlə, çağırış yaşını indi təklif olunduğu kimi 30 yaşa deyil, 40-a, hətta 50-yə qaldırardım. Çağırış yaşının artırılması ilə razılaşmayanlar ölkəni tərk edə bilərlər. Onu da deməliyəm ki, Ukraynanın əks-hücum əməliyyatı hələ uğurlu alınmayıb, - deyə parlamentin üzvü bildirib.

O, həmçinin qeyd edib ki, gənc nəslə xüsusən də təhlükə altında olan zaman uşaq bağçasından Vətəni müdafiə etməyi öyrətmək lazımdır.

QAZİLER.AZ

Diaspora