Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş Qara Dəniz Taxıl Sazişinin sona çatması ilə ən zəif olanların ən yüksək bədəl ödəyəcəyini bildirib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə baş katib BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən ikinci dəfə keçirilən sammitin açılışında çıxış edərkən deyib.
Quterreş dünyada 780 milyondan çox insanın ac olduğunu və istehsal olunan qidanın təxminən üçdə birinin ya itirildiyini, ya da israf edildiyini, 3 milyarddan çox insanın sağlam qidalana bilmədiyini, 2 milyarddan çox insanın artıq çəkidən əziyyət çəkdiyini, 462 milyon insanın isə arıq olduğunu bildirib.
Qara Dəniz Taxıl Dəhlizi Sazişinin əhəmiyyətini vurğulayan BMT-nin baş katibi, "Qara Dəniz Təşəbbüsünün sona çatması ilə ən yüksək bədəli ən zəiflər ödəyəcək. Ərzaq qiymətləri qalxanda hər kəs bunun əvəzini ödəyir" deyə qeyd edib.
Quterreş Rusiya və Ukraynanın qlobal ərzaq təhlükəsizliyi üçün çox vacib iki ölkə olduğunu vurğulayıb.
QAZİLER.AZ