Çində yerləşən müdafiə şirkətlərinin Rusiyaya yüz minlərlə gülləkeçirməz jilet və dəbilqə, həmçinin pilotsuz uçuş aparatları (PUA) və termal nişangah, külli miqdarda hərbi texnika satdığı iddia edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Politico” xəbər saytının araşdırmasında qeyd edilib.
Qeyd olunub ki, daşımalar çərçivəsində göndərilən jilet və dəbilqələrin sayı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri xidmətə çağırılan Rusiya ordusunun şəxsi heyəti üçün kifayət edib.
Gömrük qeydlərindən əldə edilən məlumata görə, rusiyalı alıcılar “Shanghai H Win” şirkətindən yüz minlərlə gülləkeçirməz jilet və dəbilqə sifariş ediblər.
Araşdırmalar nəticəsində Rusiyanın bu il Çindən 100 milyon dollardan çox pilotsuz uçuş aparatları idxal etdiyi, bunun isə Ukraynanın Çindən idxal etdiyi PUA-dan 30 dəfə çox olduğu bildirilib.
QAZİLER.AZ