Afrika oyandı: Fransız dili artıq Malidə rəsmi dil deyil

Afrika oyandı: Fransız dili artıq Malidə  rəsmi dil deyil backend

Qərbi Afrika ölkəsi Mali uzun illərdir ki, ölkələrini istismar edən Fransanın müstəmləkəçilik siyasətinə qarşı hərəkətə keçməyə qərar verib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, ölkədə 1960-cı ildən istifadə edilən fransız dili rəsmi dil kimi istifadə edilməyəcək.

İyunun 18-də keçirilən referendumda 96,91 faiz səs çoxluğu ilə və konstitusiya məhkəməsi tərəfindən qəbul edilən yeni konstitusiyaya görə, fransız dili rəsmi dil olmaqdan çıxıb. Yeni konstitusiyanın mətninə görə, bundan sonra fransız dilindən iş yerlərində istifadə olunacaq.

Məlumatda qeyd edilib ki, ölkədə danışılan 70 yerli dildən 13-ü milli dil statusuna malikdir. Bu dillər müəssisələrdə, təhsil və inzibati işlərdə istifadə olunur.

Milli statusda istifadə olunan dillər isə bunlardır: Bambara, Bobo, Bozo, Dogon, Fulanice, Maure, Miniyanka, Malinke, Sarakole, Sonrhai, Senoufo, Khassonke və Tamashek.

QAZİLER.AZ

Diaspora