Qaçqın düşərgəsində yemək üstə kütləvi dava…

Qaçqın düşərgəsində yemək üstə kütləvi dava… backend

Almaniyanın Kassel şəhərindəki işləməyən aeroportun ərazisində yerləşən qaçqınlar düşərgəsinin yeməkxanasında dava olub. Bu davada 14 nəfər xəsarət alıb. Musavat.com xəbər verir ki, bu barədə məlumat “Deutsche Welle” agentliyində yer alıb.

Polisin verdiyi məlumata görə, toqquşma iki ayrı miqrant qrupu arasında baş verib. Bu qruplardan birində miqrantları sayı 300 nəfər, ikinci dəstədə isə 70 nəfər miqrant olub. Polislər və başqa vəzifəli şəxslər də mübahisə edənləri ayırmağa çalışan zaman xəsarət alıblar.

O da bildirilir ki, bu faktla bağlı dövlət nümayəndələrinə tabe olmamaq və fiziki güc nümayiş etdirmək maddəsi ilə istintaq işi başladılıb. Hüquq müdafiəçiləri hələlik heç kimi həbs etməyiblər. Bu hadisədən sonra bir qrup miqrant başqa düşərgəyə köçürülüb.

Kasseldəki düşərgənin 1000 nəfər qaçqın üçün nəzərdə tutulmasına baxmayaraq, burada 1500 qaçqın yerləşdirilmişdi. Burada 20 ölkədən gələn miqrantlar var.

Onların bir hissəsi müharibədən uzaq olduğu və sakit yaşadıqları üçün buradakı həyatlarından razıdırlar. Bir qrup miqrant isə onlara sığınacaq verilməyəcəyindən narahatdır.
Diaspora