ABŞ-da Respublikaçılar Partiyasının tərəfdarları qarşıdan gələn 2024-cü il prezident seçkilərində Donald Trampa üstünlük verirlər.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, belə bir sorğu məlumatını “Rasmussen Reports” təqdim edib. Hazırda respondentlərin yarıdan çoxu eks-prezidentə səs verməyə hazırdır.
Araşdırmanın nəticələrinə görə, sorğu iştirakçılarının 57%-i Trampın növbəti seçkilərdə dövlət başçısı vəzifəsinə namizədliyinin irəli sürülməsinin tərəfdarıdır. Onun əsas rəqibi Florida qubernatoru Ron De Santis sorğu iştirakçılarının 13%-nin səsini toplayıb.
Respublikaçı namizədlərin hamısı 10 faizlik baryeri keçə bilməyib. Keçmiş vitse-prezident Mayk Pensə respondentlərin 5%-i, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi, Cənubi Karolinanın qubernatoru Tim Skott və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli 4%, iş adamı Vivek Ramasvami isə 3% səs toplayıb.
QAZİLER.AZ