“Opel” 2024-cü ildə bütün modellərinin elektrikli variantını satışa çıxaracağını açıqlayıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, 2028-ci ildə tam elektrikli avtomobil markası olmaq məqsədi ilə yol xəritəsini açıqlayan marka, tezliklə yeni “Crossland” modelinin elektrikli versiyasını təqdim edəcək.
“Opel” 2024-cü ildə satışa çıxarılacaq yeni 100 fazi elektrikli “Crossland” ilə elektrikli avtomobil bazarına ilk addımını atmış olacaq.
“Rocks Electric”, “Combo-e Life”, “Zafira-e Life”, “Corsa” və “Mokka” modellərinin tam elektrikli versiyaları ilə elektrikli avtomobil bazarında peyda olan “Opel” bu yaxınlarda məhsul çeşidinə “Astra Electric” modelini də əlavə edib.
Kompakt SUV Grandland-ın tam elektrikli versiyası gələn il “Opel”in elektrikli avtomobillər ailəsinə qoşulacaq.
QAZİLER.AZ