Dalğıclar ABŞ-ın Alyaska ştatında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 4 nəfərin cəsədini göldən çıxarıblar. Bu barədə bazar ertəsi, iyulun 24-də yerli hakimiyyət orqanlarına istinadən ABC News məlumat yayıb.
Qaziler.az bildirir ki, 1996-cı il istehsalı olan Bell 206 vertolyotunun ötən cümə axşamı gölə düşməsi nəticəsində pilot və üç alim həlak olub.
Qəzanın səbəbləri Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.
Təyyarə Maritime Helicopters şirkətinə məxsusdur.
QAZİLER.AZ