Sudan Həkimlər Birliyi paytaxt Xartum və digər münaqişə bölgələrindəki xəstəxanaların 70 faizinin xidmətdən çıxdığını açıqlayıb.
Qaziler.az bildirir ki, birlik ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin ortalarında başlayan və 100 gün davam edən qarşıdurmaların səhiyyə ocaqlarına təsiri ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada paytaxt və digər şəhərlərdəki 89 xəstəxanadan 62-nin xəstə qəbul edə bilmədiyi, 27 xəstəxananın normal və ya qismən fəaliyyətini davam etdirdiyi, münaqişə zonalarında yerləşən xəstəxanaların 70 faizinin isə xidmət göstərə bilmədiyi bildirilib.
mənbə: TRThaber
QAZİLER.AZ