Çinin şimal-şərqində yerləşən orta məktəbin idman korpusunun tavanının uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 24-də Çinin “Ta Kung Pao” qəzeti məlumat yayıb.
“İyulun 24-də yerli vaxtla, saat 5 radələrində qəzetin müxbirinin xilasetmə qərargahındanaldığı xəbərə görə, dağıtılar altında qalan sonuncu tələbə həyati əlamətlər olmadan tapılıb və xilas edilib. Qəza nəticəsində ümumilikdə 11 nəfər həlak olub”, - deyə məlumatda bildirilir.
Qəzetin məlumatına görə, səlahiyyətlilər hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER.AZ