Rusiyalı oliqarxlar Putinə nifrət edirlər: Milyarderdən şok açıqlama

Rusiyalı oliqarxlar Putinə nifrət edirlər: Milyarderdən şok açıqlama backend

Bir sıra rusiyalı milyarderlər, o cümlədən “Magnit” şəbəkəsinin yaradıcısı Sergey Qalitski və “Eurochem” şirkətinin sahibi Andrey Melniçenko Ukrayna ilə müharibənin əleyhinədirlər, lakin bu barədə açıq danışmaqdan çəkinirlər.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə məşhur biznesmen, “Tinkoff” bankının keçmiş sahibi Oleq Tinkov “Dojd” telekanalında açıqlama verib.

“Əminəm ki, bir çoxları mənim kimi düşünürlər. Çünki şəxsi söhbətlərdə həm Melniçenko, həm Qalitski, həm Abramoviç eyni şeyi deyirdi, amma mən ictimai yerlərdə tək danışırdım və onların hamısı qorxurdular”, - Tinkov bildirib.

İş adamı Qalitski ilə apardığı söhbətləri xatırladıb, onun sözlərinə görə, o, Tinkovun mövqeyini açıq şəkildə müdafiə etmək üçün bir neçə dəfə hazırlaşıb, lakin sonda cəsarət etməyib.

“Mən tək idim. Peşman deyiləm, sadəcə onlara yazığım gəlir. Onların hamısı qorxaqdır. Təbii ki, onların hamısı Putinə nifrət edirlər, onlar müharibənin əleyhinədirlər. Amma onlar sadəcə qorxurlar, mənim onlara yazığım gəlir”, - Tinkov əlavə edib.

Yeri gəlmişkən, ötən gün Böyük Britaniyanın Oleq Tinkova qarşı sanksiyaları ləğv etdiyi barədə məlumat yayılıb. “Tinkoff” bankının təsisçisinin adı ölkənin Maliyyə Nazirliyinin saytında dərc olunan sanksiyalar siyahısından çıxarılıb.

 

 

Diaspora