Əlcəzairdə sahilyanı ərazilər də daxil olmaqla, bütün ölkə ərazisində kölgədə temperaturun 48 dərəcəyə çatacağ elan edilib.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bölgədə narıncı xəbərdarlıq elan edilib.
Əlcəzair Meteorologiya Baş İdarəsindən verilən yazılı açıqlamada, Cicil (Jijel), Bicaya (Bejaia), Bumerdas və Şelef (Chelef) kimi sahil əyalətlərində kölgədə 48 dərəcə isti qeydə alınıb.
Bu cür havanın sabahadək davam edəcəyi bildirilib.
Əlcəzairdə təxminən bir aydır ki, paytaxtda 48 dərəcəyə, qalan bölgələrdə isə 50 dərəcəyə çatan rekord istihava dalğası müşahidə olunur.