İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir backend

Bu gün İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, İspaniyada 37 milyon seçici 350 deputat və 265 senatoru seçməlidir.

Bu ilin sonunda keçirilməli olan parlament seçkiləri müxalifətdə olan mühafizəkar Xalq Partiyasının mayın 28-də bələdiyyə seçkilərində 12 bölgədən 8-də qalib gəlməsi səbəbindən hakim Sosialist İşçi Partiyası və Baş nazir Pedro Sançes tərəfindən önə çəkilib.

Sosioloji sorğulara əsasən, parlament seçkilərində Xalq Partiyası 33-36 faiz, Sosialist Partiyası isə 29 faizdən az səs toplayacaq. Radikal sağ yönümü Vox Partiyası və solçu Sumar Partiyasının isə 12,5-13,5 faiz səs toplayacağı proqnozlaşdırılır. Qalan səslər digər partiyalar arasında bölünür.

Sosioloji sorğular hər hansı partiyanın təkbaşına hökumət formalaşdıra bilməyəcəyini göstərir. Seçkinin nəticəsindən asılı olaraq Xalq Partiyası Vox Partiyası, Sosialist İşçi Partiyası isə Sumar Partiyası ilə koalisiyaya gedərək hökumət formalaşdırmağa çalışacaq. Əgər Xalq Partiyası radikal sağ yönümlü Vox Partiyası ilə koalisiya qurarsa, Franko dönəminin sona çatdığı 1975-ci ildən sonra İspaniyada ilk dəfə radikal sağçıların hakimiyyət ortağı olduğu hökumət ortaya çıxacaq.

 

 

Diaspora