Ukraynada Azərbaycana hücum edən haker saxlanıldı

Ukraynada Azərbaycana hücum edən haker saxlanıldı backend

Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən haker saxlanılıb.

QAZİLER.AZ Axar.az -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər”, - deyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, haker beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa edilib.

Hakerin hücumları dövlət obyektinin infrastrukturunun kompüter sisteminin qəsdən pozulmasına səbəb olub.

"Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, - deyə polis əlavə edib.

Hazırda araşdırma aparılır, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən edilir.

 

 

Diaspora