ABŞ rəsmiləri: Rusiyanın Belarusa nüvə silahı göndərməsinə şübhə etməyə heç bir əsas yoxdur

ABŞ rəsmiləri: Rusiyanın Belarusa nüvə silahı göndərməsinə şübhə etməyə heç bir əsas yoxdur backend

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmiləri Rusiya Prezidenti Vladimir Putinin Belarusa taktiki nüvə silahının göndərilməsinə şübhə etməyə əsas olmadığı barədə fikirlərini bölüşüblər.

AZƏRTAC  CNN-ə istinadla xəbər verir ki, sözügedən qurumun yüksək rütbəli rəsmiləri mövzu ilə bağlı bir qrup jurnalistə açıqlama veriblər.

Bildirilib ki, Belarusa taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı şübhəyə heç bir əsas yoxdur və silahların daşınmasında müəyyən uğur əldə olunub.

Qurum rəsmiləri daşınmanı ABŞ kəşfiyyatının peyk görüntüləri ilə belə izləməsinin çətin olduğunu da etiraf ediblər.

Qeyd olunub ki, daşınan silahlara tamamilə Rusiya tərəfindən nəzarət olunacaq.

ABŞ rəsmiləri Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirmək qərarını məsuliyyətsizlik adlandırıblar, Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığını göstərən hər hansı əlamətin olmadığını da qeyd ediblər.

 

 

Diaspora