Dünya Bankı Qara dənizin dibinin tədqiqi üçün Gürcüstana əlavə 75 milyon dollar ayıracaq

Dünya Bankı Qara dənizin dibinin tədqiqi üçün Gürcüstana əlavə 75 milyon dollar ayıracaq backend

Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında Gürcüstan və Azərbaycandan elektrik enerjisinin Avropaya çatdıracaq kabelin çəkilməsi çox mühüm əhəmiyyət kəsb edən bir layihədir.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze ilə Dünya Bankının regional direktoru Koen Devids arasında keçirilən görüşdə səsləndirilib.

Görüşdə Qara dəniz kabeli ilə bağlı tədqiqatların davam etdirildiyi vurğulanıb və bu layihənin Gürcüstanın enerji gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Bildirilib ki, Qara dəniz ilə sualtı kabel layihəsinin texniki-iqtisadi əsaslandırılmasını Gürcüstanın Dövlət Elektrik Sistemi CESI konsaltinq şirkətinin köməyi ilə həyata keçirir. Gələcəkdə ətraf mühitə və sosial vəziyyətə təsirin qiymətləndirilməsi, həmçinin Qara dənizin dibinin geofiziki və geotexniki tədqiqatları aparılacaq.

Müzakirələr zamanı layihənin Avropa və Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirmək, bərpa olunan enerji sektorunu inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıdığı vurğulanıb.

Bildirilib ki, Avropa İttifaqı Qara dəniz üzərindən sualtı kabel layihəsinə 2,3 milyard avro ayırmaq niyyətindədir. Dünya Bankı Qara dənizin dibinin ətraflı tədqiqi üçün Gürcüstana əlavə 75 milyon dollar ayıracağına söz verib.

Həyata keçiriləcəyi təqdirdə, 1195 km uzunluğunda kabel (1100 km sualtı və 95 km quru) Gürcüstanı Şərqi Balkanlara birləşdirəcək və Cənubi Qafqaz və Avropaya genişlənmiş ixrac imkanlarından yararlanmağa və saatlıq elektrik enerjisi bazarı qiymətləri ilə elektrik enerjisini idxal etməyə imkan verəcək.

 

 

Diaspora