Azərbaycan turizm imkanlarını Parisdə nümayiş etdirəcək

Azərbaycan turizm imkanlarını Parisdə nümayiş etdirəcək backend

Azərbaycan sabah Parisdə başlayacaq “Top Resa 2015” beynəlxalq turizm sərgisində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanı sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Həmçinin sərgiyə 3 yerli turizm şirkəti, “Geo Travel”, “Gilan Tourism” və “SW travel” şirkətləri də qatılacaq.

Adıçəkilən sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 34 kv.m sahədə xüsusi lövhə quraşdırılıb.

Lövhə sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir “Top Resa” beynəlxalq turizm sərgisində iştirak edir.
Diaspora