Ukrayna Prezidenti Vladimir Zelenski ilə NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Teleqram kanalında məlumat yayıb.
“Biz Alyansın Vilnüs sammiti zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini, eləcə də Ukraynanın NATO-ya inteqrasiyası üçün gələcək fəaliyyətləri müzakirə etdik”, - prezident bildirib.
Söhbət zamanı Zelenski və Stoltenberq Qara dənizdəki mövcud vəziyyət və bunun qlobal ərzaq təhlükəsizliyi üçün yaratdığı risklərlə bağlı öz qiymətləndirmələrini də bölüşüblər.