KİV: ABŞ iyulun 25-də Ukraynaya yeni hərbi yardım paketini elan edə bilər

KİV: ABŞ iyulun 25-də Ukraynaya yeni hərbi yardım paketini elan edə bilər backend

İyulun 25-də ABŞ Kiyevə döyüş sursatı və “Stryker” zirehli transportyorunun daxil olduğu 400 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edə bilər.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Onun ABŞ rəsmiləri arasındakı mənbələrinə görə, silahların Pentaqonun anbarlarından verilməsi gözlənilir. Paketə bir neçə Striker zirehli transportyoru, minatəmizləmə avadanlığı, NASAMS qısa və orta mənzilli zenit-raket kompleksləri üçün döyüş sursatları, Patriot hava hücumundan müdafiə sistemləri və HIMARS çoxsaylı buraxılış raket sistemləri daxildir. Bundan əlavə, ABŞ Ukrayna tərəfinə TOW və Javelin tank əleyhinə raket komplekslərini verəcək.

Nəşr qeyd edir ki, ABŞ hakimiyyəti paketin tərkibini dəyişə bilər. Agentliyin məlumatına görə, bura kaset sursatları daxil olmayacaq.

 

 

Diaspora