Britaniyada Zelenskinin adına küçə açıldı

Britaniyada Zelenskinin adına küçə açıldı backend

İngiltərənin Esseks qraflığının Harlou şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin adını daşıyan ilk küçənin rəsmi açılışı olub.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bundan sonra Harloudakı Beşinci avenünün rəsmi adı “Beşinci avenü - Zelenski avenüsü” olacaq.

Mühafizəkar deputat Robert Halfon açıqlayıb ki, şəhər İkinci dünya müharibəsindən sonra tərk etməyə məcbur olan bir çox londonlu ailələr üçün tikilib.

O həmçinin Rusiya işğalı başlayandan bəri 70-ə yaxın ukraynalı qaçqına sığınacaq verən və onlara dəstək olan Harlou əhalisini tərifləyib.

Bildirilib ki, açılış mərasimində Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko da iştirak etməli idi, lakin cümə günü səhər o, gözlənilmədən işdən çıxarılıb.

 

 

Diaspora