Qərb ölkələri “F-16” qırıcılarını Kiyevə köçürə bilər, çünki əksər ölkələr indi daha müasir “F-35” modellərinə keçir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri “F-35” proqramı meneceri Tom Burbage cümə günü “Newsweek” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra əvvəllər “F-35”ləri almağa cəsarət etməyən bir çox ölkələr indi fikirlərini dəyişiblər.
Bundan əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ 2023-cü ilin sonuna qədər “F-16” qırıcılarını Ukraynaya keçirmək niyyətindədir, lakin onlar hərbi əməliyyatların gedişatını dəyişməyəcək.