Rusiya Federasiyasının Dövlət Dumasına fərarilik və ya Rusiya ordusunu nüfuzdan salan şəxslərin vətəndaşlıqdan məhrum edilməsini təklif edən qanun layihəsi təqdim edilib.
Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.
Qanun layihəsinin izahatında deyilir ki, indi fərarilik, Rusiya Federasiyasının Silahlı Qüvvələrini gözdən salmaq və ekstremizmə çağırışlar yalnız əldə edilmiş vətəndaşlıqdan məhrum edə bilər.
"Göstərilən vətəndaşlığa xitam verilməsi halları anadangəlmə və ya Rusiya Federasiyasının vətəndaşı kimi tanınma əsasında vətəndaşlıq almış şəxslərə şamil edilmir."
QAZİLER.AZ