Rusiya ABŞ-ın şərtləri ilə silahlanmaya dair dialoqu rədd etdi

Rusiya ABŞ-ın şərtləri ilə silahlanmaya dair dialoqu rədd etdi backend

“Moskva Amerikanın təklifləri əsasında silahlara nəzarət məsələsi üzrə Vaşinqtonla danışıqlar aparmaq niyyətində deyil”.  

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun bildirdiyinə görə, Rusiya hətta müvafiq təkliflər də almayıb.

“Demək istərdim ki, amerikalıların təklif etdikləri əsasında biz bu dialoqu aparmağa hazır deyilik və etməyəcəyik, çünki onlar bütün bu konfiqurasiyada bir neçə əsas məqama məhəl qoymurlar”, - Ryabkov bildirib.

QAZİLER.AZ

Diaspora