Zibillikdən çıxartdığı kartofları müştərilərə satdı

Zibillikdən çıxartdığı kartofları müştərilərə satdı backend

ABŞ-da “fast food” şəbəkəsinin menecer köməkçisi Ceymi Meycor zibil qutusundan çıxartdığı kartofları müştərilərə satdığına dair iddialardan sonra firma tərəfindən işdən çıxarılıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, hadisə restoran şəbəkəsinin Cənubi Karolina filialında baş verib.

Belə ki, iyulun 9-da Union Polis Departamentinin polisləri şikayət əsasında Cənubi Karolinadakı “fast food” şəbəkəsinə gedib.

İşçilərinə qışqıraraq onları təhqir edən iki qadın polisin çağırışlarına məhəl qoymadıqları üçün saxlanılıblar.

Sonra “fast food” şəbəkəsinin işçiləri polisə zəng edərək Meycorun müştərilərə zibillikdən çıxartdığı kartofları satdığını deyiblər.

Saxlanılan Meycor 20 min dollar cərimə ödədikdən sonra sərbəst buraxılıb. Lakin ittihamlar sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.

QAZİLER.AZ

Diaspora