Braziliyada ötən il sayı 442.033-ə yüksələn qaradərili məhbusların həbsxanalardakı insanların 68,2 faizini təşkil etdiyi bildirilib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Braziliya İctimai Təhlükəsizlik Forumu (FBSP) adlı qeyri-hökumət təşkilatının dərc etdiyi illik hesabatda ölkədəki qaradərili məhbuslarla bağlı yeni məlumatlar açıqlanıb.
Məlumatda göstərilən rəqəmlərin bütün zamanların ən yüksək göstəricisi olduğu qeyd edilib.
Hesabatda 2005-ci ildə qaradərili məhbusların nisbətinin 58,4 faiz olduğu bildirilib.
Braziliya həbsxanalarındakı bu vəziyyət irqi ayrı-seçkiliyin mövcudluğunu açıq çəkildə ortaya qoyub.
QAZİLER.AZ