Putin Polşanı hədələdi: Stalinin hədiyyəsini unutdular, xatırladacağıq...

Putin Polşanı hədələdi:  Stalinin hədiyyəsini unutdular, xatırladacağıq... backend

Rusiya prezidenti Putin Polşanın qərbinin Stalinin onlara hədiyyə olduğunu və bunun unudulub getdiyini bildirib. "Əgər Varşavadakı dostlarımız bunu unudublarsa,  xatırladacağıq”, - deyə Putin bildirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Polşanın Ukraynadakı münaqişələrə müdaxilə etmək istədiyini bildirib.

"Polşa liderləri NATO-nun çətiri altında koalisiya yaratmaq və Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyirlər", - deyə Putin bildirib.

Bu cümlələrdən sonra Putin Polşanı təhdid edən açıqlamalar verib.

Polşanın qərb hissəsinin keçmiş Sovet İttifaqı hökumətinin başçısı İosif Stalinin hədiyyəsi olduğuna işarə edən Putin, sözlərini belə davam etdirdi:

"Polşa Sovetlər, Stalin sayəsində torpaqlarının qərbini əldə etdi. Əslində ora alman torpaqlarıdır.Bəli, Polşanın qərbi Stalinin hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unutdularsa, xatırladacağıq. Qərb ittifaqı Polşanı Almaniyanın qucağına atanda Sovet hökuməti onlara köməyə qaçdı".


Digər tərəfdən Belarusa hücumun Rusiyaya hücum demək olacağını vurğulayan Putin, Rusiyanın Belarusa qarşı istənilən hücuma bütün gücü ilə cavab verəcəyini bildirib.

QAZİLER.AZ

Diaspora