Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb backend

Hindistanın qərbindəki Maharaştra əyalətində güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.

Qaziler.az bildirir ki, yerli hakimiyyət orqanları iyulun 19-da Maharaştranın Raiqad rayonundakı kənddə baş verən sürüşmə nəticəsində ölənlərin sayının 16-ya yüksəldiyini açıqlayıb.

Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, 75 nəfərin xilas edildiyini, lakin xeyli insanın hələ də çıxılmaz vəziyyətdə qaldığını qeyd edib.

Maharaştra əyalətinin baş nazirinin müavini Devendra Fadnavis Twitter hesabından verdiyi açıqlamada, çıxılmaz vəziyyətdə qalan insanları tapmaq üçün çalışan axtarış-xilasetmə qruplarının hava şəraiti və bölgənin relyefi bərbad olması səbəbindən əməliyyatlarını davam etdirməkdə çətinlik çəkdiyini bildirib.

Fadnavis səlahiyyətlilərin xilas edilən yaralılar üçün bölgəyə tibbi qruplar göndərdiyini bildirib.

Kənddəki 50 təsərrüfatdan 17-nin sürüşmə nəticəsində dağıldığı qeydə alınıb.

Səlahiyyətlilər ölkədə son 2 həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayının 150-ni keçdiyini açıqlayıb.
 

QAZİLER.AZ

Diaspora