Xəbər verdiyimiz kimi, Maldiv Respublikasının prezidenti Abdulla Yaminə məxsus katerdə partlayış baş verib. Modern.az xarici KİV-ə istinadla bildirir ki, partlayış zamanı 3 nəfər, o cümlədən prezidentin həyat yoldaşı Fatimə Şafiq xəsarət alıb.
Digər xəsarət alanlar mühafizəçi və prezidentin protokol xidmətinin əməkdaşıdır. Hadisə zamanı prezident xəsarət almayıb.Maldiv adalarının prezidenti Abdulla Yaminin katerində baş verən partlayış nəticəsində xəsarət alan olmayıb.
Report xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, prezidentin kateri ölkə paytaxtı Maleyə çatanda partlayış baş verib.
Hadisə baş verən zaman Abdulla Yamin Səudiyyə Ərəbistanının Məkkə şəhərindən - Həcc ziyarətindən geri dönürmüş.
Partlayışın başvermə səbəbi açıqlanmayıb.