Qonaqlar canlı yayımda yumruqlarla danışdı - VİDEO

Qonaqlar canlı yayımda  yumruqlarla danışdı - VİDEO backend

Livanda xüsusi televiziya proqramında iştirak edən jurnalistlə keçmiş nazir arasında mübahisə qəfildən davaya çevrilib. Canlı yayımda davaya ətrafdakılar müdaxilə edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, mərkəzi ofisi Livanın paytaxtı Beyrutda yerləşən “MTV” televiziyasında yayımlanan “Zamandır” adlı siyasi diskussiya proqramında Livanın yüksək səviyyəli jurnalistlərindən olan Simon Abu Fadel və keçmiş ətraf mühit naziri Viham Vahab qonaq qismində iştirak ediblər.

Canlı yayımlanan verilişdə əvvəlcə bir-biri ilə şifahi mübahisə edən Fadel və Vahab daha sonra moderatorun bütün müdaxilələrinə baxmayaraq bir-birini dinləməyərək təhqir etməyə başlayıblar. Vahab qələmi Fadelə atdıqdan sonra mübahisə qısa zamanda yumruq davasına çevrilib. Daha sonra studiyadakı bəzi qonaqlar duetin davasına qarışıb.

Studiyadakı təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq səngiməyən dava televiziyadan kənarda da davam edib.

Sosial mediada yayılan görüntülərə görə, bölgədəki əsgərlər kütləni ayırmaq üçün müdaxilə edib.

Studiyadakı davanın görüntüləri tezliklə Livan və ərəb dünyasında sosial şəbəkələrdə yayılıb.

QAZİLER.AZ

Diaspora